+944 12 447 42 47

Haqqımızda

*    «AKİ Travel » şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Şirkət təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi və aeroporta çatdırma, viza dəstəyi, alpinizm, sağlamlaşdırıcı turizm, ovçuluq və balıqçılıq da daxil olmaqla, müxtəlif istirahət növləri üzrə turpaketlərinin formalaşdırılmasını öz üzərinə götürür.

 

Onlayn sistemlərdən istifadə edən «AKİ Travel» Azərbaycan üzrə turist marşrutları paketini formalaşdıraraq, bu gün turizm operatoru kimi fəaliyyət göstərir. « AKİ Travel » in mənimsədiyi onlayn bronlaşdırma və turizm xidmətlərinin göstərilməsi üzrə texnologiyalara əsasən, şirkətin müştəriləri İnternet vasitəsilə onları ən çox maraqlandıran marşrutu seçə, otel, təyyarə reysi sifariş edə, avtomobil icarəyə götürə və s. edə bilərlər. Həmçinin qeyd etmək lazımdır ki, bu xidmətlərin siyahısı durmadan artmaqdadır.

Azərbaycana səfər edən qonaqlara isə Bakı və Abşeronun tarixi abidələrini, Şəki saraylarını, Şabran qalasını, Naxçıvanın türbə və pirlərini, Quba bağlarını, Qəbələnin dağ və dərələrini, Lənkəranın əsrarəngiz meşələrini göstərməyə hazırıq.

Hal-hazırda «AKİ Travel» şirkəti  Azərbaycana səfər edən qonaqlara  Bakı və Abşeronun tarixi abidələrini, Şəki saraylarını, Şabran qalasını, Naxçıvanın türbə və pirlərini, Quba bağlarını, Qəbələnin dağ və dərələrini, Lənkəranın əsrarəngiz meşələrini göstərməyə hazırdır.

Ən əsası odur ki, insanların səyahət etmək arzusu tükənməzdir. Yeni şeylər öyrənmək həvəsi sonsuzdur. Başqa mədəniyyətlərlə tanışlıq, bir-birinə açıqlıq və canlı ünsiyyət, güclü təəssüratlar, unudulmaz rəng, dad, ətir duyğuları və emosiyalar seli – müştərilərin istənilən arzusunu nəzərə alan «AKİ Travel»
şirkəti bütün bunları təqdim etməyə hazırdır.

Please publish modules in offcanvas position.