+944 12 447 42 47

Azərbaycan

*Fəal istirahətin geniş yayılmış və ən kütləvi növlərindən biri turizmdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və bununla da getdikcə turizm daha geniş vüsət alır. Turizm sadəcə maraq və dəb deyil. Bu, son 20-25 ildə insanların vərdiş etdikləri həyati tələbatdır.

Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. 

Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolunun (BİY) üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə, BİY-nun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Strabonun yazdığına görə, hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Gürgan (Xəzər) dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya və Kir (Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı. BİY trassları üzərində yerləşən şəhərlərin mühüm rolu qeyd olunurdu.

İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi.

Please publish modules in offcanvas position.